Koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının yeni tarixi rəsmən açıqlanıb.

Open.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

Yarışın 2021-ci il iyulun 23-də start götürəcəyi və avqustun 8-dək davam edəcəyi bildirilib.

Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.