Xorvatiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan basketbol üzrə 2019-2020 mövsümü davam etdirilməyəcək.

Open.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi açıqlamasında bildirilib.

Cari mövsümün ləğv olunduğu və hər hansı komandanın çempion elan olunmayacağı vurğulanıb.

Artıq klublara yeni mövsümə hazırlaşmaq barədə tapşırıq verilib.