Bu gün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa Təsnifat Turnirinə start veriləcək.

Open.az-ın məlumatına görə, Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv A qrupunda Niderland, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya yığmaları çıxış edəcək.

Azərbaycan millisi ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək. Bu gün Almaniya - Türkiyə və Polşa - Bolqarıstan qarşılaşmaları da olacaq.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

Komanda üzvləri məsul yarışa hazırlıq məqsədilə Türkiyə və Polşada təlim-məşq toplanışları keçərək yoxlama oyunlarında qüvvələrini sınayıblar. Nəticədə millinin yekun heyəti müəyyənləşib:

Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,

Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk

Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova

Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,

Baş məşqçi: Vasif Talıbov

Məşqçilər: Famil Ağayev, Eldar Yusubov

Avropa Təsnifat Turniri

7 yanvar

22:30. Azərbaycan - Niderland

Apeldorn (Niderland), "Omnisport" salonu