Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Gimnastika Arenasında qonaq olub.

Open.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakıya rəsmi səfəri çərçivəsində bədii gimnastika üzrə milli komandanın üzvləri ilə görüşən V.Matviyenko başçılıq etdiyi nümayəndə heyəti ilə bərabər gimnastların çıxışlarını da izləyib.

Sonda V. Matviyenko milli komandanın üzvləri ilə xatirə şəkli çəkdirib.