2021-ci il çoxgünlük "Tour de France" şosse veloyürüşünün tarixi dəyişdirilib.

Open.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qərar qəbul edib. Qərara əsasən, nüfuzlu turnir gələn il 2 - 25 iyulda yox, 26 iyun - 18 iyulda təşkil olunacaq.

Dəyişikliyə səbəb kimi yürüşün Tokio Yay Olimpiya Oyunlarında velosiped idmanı yarışları ilə üst-üstə düşməsi göstərilib.

Qeyd edək ki, daha əvvəl olimpiada koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınıb.