Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Beynəlxalq Atletika Federasiyasının (IAAF) prezidenti Sebastian Koe ilə görüşüb.

Open.az xəbər verir ki, T.Bax ingiltərəli mütəxəssisi yenidən IAAF-ın prezidenti seçilməsi münasibətilə təbrik edib.

Görüşdə gənclərin idmana cəlb olunması, idmanın siyasiləşdirilməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“İdmanın səmərəliliyini qoruyub saxlamaq üçün biz ciddi surətdə birtərəflilik nümayiş etdirməli, irqçiliyə yol verməməliyik”, - deyə BOK prezidenti bildirib.

S.Koe qeyd edib ki, idmanda hər hansı təzyiq yolverilməzdir və bunun qarşısı alınmalıdır.

Atletika üzrə ikiqat Olimpiya çempionu S.Koe 2015-ci ildə IAAF-ın prezidenti vəzifəsinə seçkilərdə qalib gəlib. O, IAAF-ın Dohada keçirilən növbəti konqresində yenidən bu vəzifəyə seçilib.