Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus infeksiyasına görə 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını təsdiqləyib.

Open.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qərar bu gün BOK-un 136-cı sessiyasında qəbul edilib.

Oyunların yeni cədvəli 2020-ci ildə keçirilməli olan yarışların proqramına əsasən tərtib olunub. Təqvimdə, demək olar ki, dəyişiklik edilməyib.

Qeyd edək ki, “Tokio-2020” gələn ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.