Yaponiyanın paxtaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının xərcləri 284 milyon ABŞ dolları azalacaq.

Open.az-ın məlumatına görə, bu barədə olimpiadanın Təşkilat Komitəsinin baş katibi Tosiro Muto mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Təşkilat Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə (IOC) yarışın formatını sadələşdirmək üçün plan təqdim edib: "Plan 52 bənddən ibarətdir. Xarici nümayəndə heyətləri və IOC rəsmilərinin olimpiadada iştirakçı sayının 10-15 faiz azaldılması nəzərdə tutulur. İdman obyektlərinin daha qənaətli işıqlandırılması yolu ilə xərclərin azaldılması da gözlənilir".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.