Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında beşinci "tay-breyk" görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib.

Beşinci duel 76-cı gedişdən sonra Rəcəbovun qələbəsi ilə bitib. Bir azdan növbəti görüş oynanılacaq. Azərbaycan şahmatçısı ən azı heç-heçə edəcəyi təqdirdə Dünya Kubokunun qalibi olacaq.