İyunun 23-də Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Chessable Masters” turnirinin B qrupunda ikinci dövrənin oyunlarında iştirak edəcək.

Open.az xəbər verir ki, bu gün növbəti beş turun nəticələrinə görə dörddəbir finala vəsiqə qazanacaq şahmatçıların adları müəyyənləşəcək. Ötən beş turun oyunlarında T.Rəcəbov 1,5 xal toplayıb.

Qeyd edək ki, yarışın A qrupunda dörd şahmatçı - norveçli dünya çempionu Maqnus Karlsen, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Aleksandr Qrişuk, amerikalı Hikaru Nakamura pley-off mərhələsinə vəsiqə qazanıblar.