Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında keçirilən Avropa çempionatı başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Open.az-a verilən məlumata görə, 07-17 iyul tarixlərində Avropa çempionatında iştirak edən tennisçilərimiz iki gümüş medalla vətənə qayıdıblar.

Azarkeşlər idmançılarımızı hava limanında qarşılayıblar.