Yeddiqat “Formula-1” çempionu Mixail Şumaxerin 19 yaşlı oğlu Mik Şumaxer 2019-cu ildə baş tutacaq çempionatda iştirak edəcək.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yarışın saytında məlumat verilib.

O, Almaniya yığmasının heyətində dördqat “Formula-1” qalibi Sebastyan Fettel ilə birgə qatılacaq.

Mik Şumaxer bildirib ki, Çempionlar yarışına dəvət onun üçün gözlənilməz olub.

Qeyd edək ki, Mik Şumaxer 2018-ci ildə “Formula-3” yarış seriyasının qalibi olub.

Gülnar Qafarlı