Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat olunacaq.

Trend-in məlumatına görə, onun ürək toxumasına kök hüceyrələrini köçürmək üçün eksperimental əməliyyat aparılacaq.

Mütəxəssislərin fikrincə, bu, idmançının əsəb sisteminin bərpasına yönəlib.

Qeyd edək ki, sabiq Formula 1 pilotu 2013-cü ilin dekabrında xizək sürərkən kəllə-beyin travması almış və uzunmüddətli komaya düşmüşdü. Son dövrlədə M.Şumaxerin komadan ayıldığı bildirilsə də, sağlamlığında hər hansı bir irəliləyişin olmadığı deyilir.