"Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi Sem Smiti əvəzləyəcək müğənni bəlli olub.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. Onun sözlərinə görə, britaniyalı müğənnini həmyerlisi Jessi J əvəzləyəcək.

Smitin aprelin 27-də Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti ləğv olunub. Britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq.

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.