Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov 2018-ci il ərzində 225 min avro qazanıb.

Open.az xəbər verir ki, worldchess.com portalı dünyanın aparıcı şahmatçılarının ötənilki qazanclarını hesablayıb.

2018-ci ildəki 32 əsas beynəlxalq turnirdən mükafatlar nəzərə alınıb.

Dünyanın ən yaxşı şahmatçısı Maqnus Karslen ən çox qazanan şahmatçı olub. Onun qazancı 745 min avro təşkil edib.

İkinci pillədə 719 min avro gəlirlərlə Fabiano Karuana, 3-cü yerdə 229 min avro gəlirlə Xikaru Nakamura qərarlaşıb.

Onu Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov izləyib. 4-cü pillədə qərralaşan Məmmədyarovun ötənilki qazancı 225 min avro təşkil edib.

Gülnar Qafarlı