Antalyada keçirilən “A” kateqoriyalı açıq turnirdə şahmatçımız uğurla çıxış edərək liderlər qrupunda yer alıb.

Open.az xəbər verir ki, 8 turda 6,5 xal toplayan komandamızın üzvü Rəsul İbrahimov gürcüstanlı Konstantin Şanava ilə ilk iki pilləni bölüşür. Son turda şahmatçımızın rəqibi gürcüstanlı Gaioz Nigalidze olacaq.