Şahmat üzrə Azərbaycan kuboku turnirinin qalibləri fevralın 7-də müəyyənləşib.

Open.az xəbər verir ki, böyüklər arasında rapid yarışının final partiyasında Aydın Süleymanlı Ülvi Sadıqova qalib gələrək Azərbaycan kubokuna sahib olub.

Nicat Abasov isə üçüncü yeri tutub. On iki yaşadək şahmatçıların yarışında isə Şahin Vəliyev qalib adını qazanıb. Tunar Davudov ikinci, İsmayıl Süleymanlı üçüncü yerləri tutublar. Qalib və mükafatçılara pul mükafatları və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ilk dəfə təşkil edilən Azərbaycan kuboku turniri Olimpiya sistemi üzrə keçirilib.