Rusiyanın "Zenit" klubunun kişi voleybolçulardan ibarət komandasının avtobusu Türkiyədə qəzaya uğrayıb.

Open.az "türk mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib.

Komandanın olduğu avtobus başqa bir avtomobillə toqquşub. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı

Rusiya klubunun voleybolçuları Türkiyədə qəzaya uğrayıb