Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda növbəti qələbəsini qazanıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, həmyerlimiz ötən gün 200 metr məsafəyə qaçış yarışı üzrə birinci olub.

R.Quliyev 20,16 saniyə nəticə göstərərək, bütün rəqiblərini qabaqlayıb.

Gülnar Qafarlı