Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyev Balkan Atletika Assosiasiyası (ABAF) tərəfindən "İlin kişi atleti" seçilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Berlində keçirilən Avropa Çempionatında qızıl medal qazanan Quliyev Balkan Atletika İttifaqının Yunanıstanın paytaxtı Afinada keçirilən qala gecəsində mükafatını alıb.

"Bu çempionatda Avropa rekordunu əldən buraxdım. Ancaq qarşıdakı Dünya Çempionatında 32 illik Avropa 200 metr rekordunu qıracağam", - deyə atlet bildirib.

Türkiyə Atletika Federasiyasının prezidenti Fatih Çintimar da R.Quliyevi təbrik edib: "Balkan Atletika Assosiasiyası tərəfindən "İlin atleti" seçilən çempionumuz Ramil quliyevi ürəkdən təbrik edirəm. Ramil bu günə qədər Türk idman tarixinə adını qızıl hərflərlə həkk etdirib".

Gülnar Qafarlı

Ramil Quliyev İlin kişi atleti