Dünya Etnospor Konfederasiyasının dördüncü dəfə təşkil etdiyi Etnospor Mədəniyyət Festivalında Azərbaycanın Qarabağ atlarının ifası tamaşaçıların rəğbətini qazanıb. Open.az xəbər verir ki, Qarabağ atlarının çıxışı yüksək qiymətləndirilib.

Dünya Etnospor Konfederasiyası “Plovdan dönənin qaşığı qırılsın” şüarı ilə Atatürk Hava limanında təşkil edilən festivalın son günündə atçılıq idmanı sahəsində nümayişlər edilib.

Vətəndaşlar xüsusilə Azərbaycanın Qarabağ atlarının şousuna böyük maraq göstəriblər. İdmançılar at üzərində bacarıqlarını nümayiş etdirib, akrobatik hərəkətlərlə tamaşaçıların alqışlarını qazanıblar. Şou zamanı Azərbaycanı təmsil edən rəqs qrupu da çıxışı ilə izləyicilər tərəfindən bəyənilib.