Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Polşada davam etdirəcək.

Open.az ötən mövsümü Türkiyənin “Beşiktaş” klubunda keçirən voleybolçumuz noyabrın 2-də yeni komandasında debüt edəcək. Belə ki, Polşa çempionatının ilk turunda “Lodz” komandası ilə görüşdə M.Əzizova “Pila”nın şərəfini qoruyacaq.