Azərbaycan yığmasının voleybolçusu Polina Rəhimova milli karyerasını başa vuracaq.

Open.az xəbər verir ki, bunu 30 yaşlı hücumçu özü deyib.

O, Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirindən sonra yığmadan gedəcəyini söyləyib. Rəhimova bildirib ki, Polşa ilə bugünkü qarşılaşma onun millidəki son matçı olacaq.

Qeyd edək ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur.