Formula 1" yarışının keçirilməsi ilə bağlı məndə məlumat yoxdur".

Open.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, növbəti brifinqlərdə hər hansı informasiya olarsa, açıqlanacaq: "Siz Operativ Qərargaha müraciət edərək məlumat ala bilərsiniz. Amma bildiyiniz kimi, hazırda kütləvi tədbirlərə icazə verilmir".