Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub.

Open.az FİFA-nın rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, kişilərin yarışı 2021-ci il 22 iyul - 7 avqustda olacaq.

Qadınların oyunları isə 21 iyul - 6 avqustda keçiriləcək.

Xatırladaq ki, "Tokio-2020" koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.