25 may - 7 iyun tarixləri arasında Parisdə keçirilməli olan tennis üzrə Fransa Açıq çempionatı koronavirus pandemiyasına görə təxirə salınıb.

Open.az xəbər verir ki, bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb.

"Roland Garros"un payızda, 20 sentyabr - 4 oktyabr tarixlərində təşkil olunacağı bildirilib.

Qeyd edək ki, Fransa Açıq çempionatının son qalibi ispaniyalı tennisçi Rafael Nadaldır.