Niko Hülkenberq Böyük Britaniyada təşkil olunacaq və Formula 1 üzrə dünya çempionatının 70 illik yubileyinə həsr ediləcək Qran-Pridə də Serxio Peresi əvəzləyəcək.

Open.az xəbər verir ki, meksikalı sürücü S.Peresin koronavirus testi ötən həftə təşkil olunan Britaniya Qran-Prisindən əvvəl pozitiv çıxmış və onu N.Hülkenberq əvəz etmişdi. Lakin S.Peresin testi 70 illik yubiley Qran-Prisindən əvvəl də pozitiv çıxıb. Belə olan halda Kanada təmsilçisi növbəti dəfə N.Hülkenberqin xidmətindən istifadə edəcək.

Formula 1 üzrə dünya çempionatının 70 illik yubileyinə həsr olunmuş yürüş avqustun 9-da keçiriləcək.