Bu gün Bakı İdman Sarayında Azərbacyan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.

Open.az xəbər verir ki, nazirlər atletlərim təlim-məşq prosesini izləyib və sonda atletlərdən biri ilə stolüstü tennis oynayıblar.