Azərbaycan yığmasının sabiq voleybolçusu Natalya Məmmədova milli federasiyanın dəvətini qəbul etməyib".

Open.az-ən məlumatına görə, bu barədə Azərbaycan Voleybol Federasiyasının İ vitse-prezidenti Faiq Qarayev bildirib.

Onun sözlərinə görə, Məmmədovaya federasiyanın yaratdığı "Mübariz" komandasında çıxış etməsi təklif olunub. Hətta bir ayadək Bakıda məşq etməsinə şərait yaradılıb.

Lakin 35 yaşlı voleybolçu Çindən sərfəli təklif aldığını bildirərək, Uzaq Şərq ölkəsinə yollanmağa qərar verib.

Natalya Məmmədova Azərbaycan klubunda oynamaq istəməyib