Azərbaycan milli komandasının para-karate üzrə dünya çempionatında çıxışı uğurlu alınıb.

Azərbaycan Milli Karate Federasiyasından Open.az-a bildiriblər ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olmaqla finala yüksəlib. Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.

Para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə

təmsil olunur.