Rusiyanın Sverdlovsk vilayətinin qadınlar voleybolçulardan ibarət "Uraloçka-NTMK" klubu Çempionlar Liqasına qatılmaqdan imtina edib.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. Qərar klub rəhbərliyi tərəfindən bir gün əvvəl qəbul olunub.

Rusiya təmsilçisi bölgədəki və dünyadakı epidemioloji vəziyyətə görə turnirdə iştirak üçün müraciətini geri götürüb.

Qeyd edək ki, bu mövsüm qadınlar arasındakı Çempionlar Liqası turnirində 29 komanda iştirak etməli idi. Yarış cari mövsüm yeni formatda keçirilir. "Uraloçka"-NTMK"dan əlavə, "Lokomotiv" (Kalininqrad), "Dinamo - Ak Bars" (Kazan) və Moskva "Dinamo"su Rusiyanı təmsil etməlidir.