NBA-da çıxış edən məşhur basketbolçu Dirk Noviçki karyerasını başa vurub.

Open.az xəbər verir ki, 40 yaşlı almaniyalı basketbolçu qərarını çempionatda “Feniks”si 120:109 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlayıb

Almaniyalı basketbolçu NBA-də keçirdiyi 21 mövsümdən sonra karyerasını bitirməyi qərara alıb. 1998-ci ildən "Dallas Maveriks"də çıxış edən veteran basketbolçu, 2011-ci ildə komandası ilə NBA çempionu olub.

Almaniyalı 14 dəfə "NBA All Star"-a seçilib, 12 dəfə mövsümün simvolik komandasında yer alıb. 2007-ci ildə isə mövsümün ən yaxşı bsketbolçusu mükfatına layiq grülüb.

Manaf Qasımbəyli