Keçmiş SSRİ-nin sərbəst güləş üzrə Olimpiya çempionu Aleksandr İvanitskinin meyiti tapılıb.

Open.az xəbər verir ki, iyulun 22-dən meşədə itkin düşən 82 yaşlı idmançının çayda boğulduğu iddia edilir. Belə ki, Moskva ətrafında yaşayan keçmiş idmançı, evə qayıdarkən itkin düşüb.

Mərhum idmançının qohumlarının ötən gün verdiyi xəbərə görə, Aleksandr İvanitski meşəyə göbələk yığmaq üçün gedibmiş.

Hazırda mərhum çempionun ölümü ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Aleksandr İvanitski 1964-cü ildə sərbəst güləş üzrə Olimpiya çempionu olub. Mərhum idmançı dördqat dünya və ikiqat SSRi çempionudur.

Mərhum çempion, İdman karyerasını bitirdikdən sonra Rusiyanın РТР Televiziya kanalının idman redaksiyasına rəhbərlik edib.

Ülviyyə Həsənqızı

Meşədə itkin düşən Olimpiya çempionunun meyiti tapılıb

Meşədə itkin düşən Olimpiya çempionunun meyiti tapılıb