Rusiyalı üzgüçü Yekaterina Nekrasova rekorda imza atıb.

Open.az xəbər verir ki, 40 yaşlı idmançı "Sibirin mavi gözlü" sayılan Baykal gölünün buz tutmuş səthində, buzlu suyun altı ilə 85 metr üzüb.

Mənfi 22 dərəcədə 90 saniyə içində 85 metr məsafəni qət edən üzgüçünün hədəfi, 100 metrlik məsafəni qət etməkdir.

"The Times" in yazdığı xəbərə görə Y.Nekrasova mart ayında 100 metr məsafə qət edərək, buzlu suda üzmək və rekordunu təzələmək qərarını da açıqlayıb.

Ülviyyə Həsənqızı