Altı dəfə NBA çempionu olan basketbolçu Maykl Cordan “Big Rock Blue Marlin” turniri zamanı çəkisi 200,6 kiloqram olan marlin balığı tutub.

Open.az xəbər verir ki, 57 yaşlı Cordanın hər il iştirak etdiyi yarışa dünyanın müxtəlif ölkələrindən balıqçılar qatılır. Yarışın ümumi mükafat fondu isə 3,3 milyon dollar təşkil edir.

Ən böyük marlin balığını tutan iştirakçı isə bu vəsaitin üçdə birini alacaq.

Cordan ovladığı 200,6 kiloqramlıq balıqla hazırda altıncı yeri tutur. Turnir zamanı tutulan ən böyük balıq isə 224 kiloqramdır.