Məşhur rusiyalı keçmiş tennisçi Mariya Şarapova evlilik yolunda ilk addım atıb.

Open.az xəbər verir ki, Şarapova İnstaqram hesabında britaniyalı biznesmen sevgilisi Aleksandr Qilkslə birlikdə çəkdirdiyi fotosunu paylaşaraq nişanlandıqlarını bildirib.

Cütlük toy tarixini açıqlamasa da onların nikah mərasiminin Parisdə baş tutacağı deyilir.