Milli Basketbol Assosiasiyasının(NBA) əfsanəvi basketbolçularından olan Kobi Brayant 2019-cu ildə keçiriləcək Basketbol üzrə Dünya çempionatının qlobal elçisi təyin olunub.

Open.az FiBA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşhur çinli basketbolçu Yao Minq dən sonra Kobi Brayanta da qlobal elçilik vəzifəsi verilib.

İki məşhur NBA basketbolçusu 31 avqust - 15 sentyabr tarixlərində Çində keçiriləcək XVIII Dünya çempionatının tanıtımı üçün çalışacaqlar.

Qeyd edək ki, Kobi Brayant ABŞ milli komandası ilə 2 dəfə dünya çempionluğunu qazanıb.

Manaf Qasımbəyli