Yarış ümumi olaraq – 40 oyunçunun növbə ilə buz meydançasına çıxması ilə 4-15 fevral tarixlərində 252 saat ərzində davam edib. Məhz bu oyun 2018-ci ildəki rekordu yeniləyib ( 2018-ci il – 251 saat 7 dəqiqə 58 saniyə).

Open.az saytı "CBC" telekanalına istinadən xəbər verir ki, oyunçuların hətta -55 dərəcə soyuqda oynamasının əsas səbəbi, xərçəng kimi düşmən ilə mübarizəyə həsr edilən xeyriyyə aksiyasını dəstəkləmək olub.

Artıq yeddinci dəfə keçirilən və 252 saat ərzində davam edən matç sayəsində 1,45 miyon Kanada dolları həcmində vəsait toplanılıb.