İstanbul 2032-ci il Yay Olimpiya və Paralimpiya oyunlarını qəbul etmək niyyətindədir.

Open.az-ın məlumatına görə, bunu ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Həsən Arat deyib.

O bildirib ki, şəhər olimpiya oyunlarını qəbul etmək üçün yaxşı infrastruktura malikdir və bununla bağlı namizədliyini irəli sürəcək.

H.Arat qeyd edib ki, İstanbul koronavirus pandemiyasının da öhdəsindən layiqincə gələ bilib.

Xatırladaq ki, İstanbul 2020-ci il Yay Olimpiya oyunlarının keçirilməsi üçün namizədliyini versə də, bu yarışa ev sahibliyi Tokioya tapşırılmışdı.

Koronavirus pandemiyası ilə əlaqədar oyunlar 2021-ci ilə keçirilib.