İngiltərənin idman naziri Treysi Krauç istefa verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, nazir verdiyi yazılı açıqlamasında qumarcihazlarında mərc oyunu limitini 100 sterlinqdən 2 sterlinqə endirən qanuni nizamnamənin tətbiq etmə müddətidi geickdirdiyini bildirərək vəzifəsindən istefa verdiyini bildirib.

İngiltərənin baş naziri Tereza Meyə istefa məktubunu təqdim edən Krauç, qumarla mübarizə məqsədi ilə hazırlanan nizamənin mövzu ilə bağlı xeyiri olan şəxslər tərəfindən qəsdən ertələndiyini bildirib.

Qeyd edək ki, İngiltərənin maliyyə naziri Filipp Hammond verdiyi açıqlamasında sözügedən nizamnamənin gələn ilin oktyabr ayında qüvvəyə minəcəyini bildirmişdi.