Futbol üzrə Azərbaycan I Divizionunun ilk turunun "Sumqayıt-2” – “Qarabağ-2” topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulub.

Open.az xəbər verir ki, analoji hal “Qaradağ Lökbatan” – MOİK matçında da yaşanıb. Bu səbəbdən hər iki oyunun meydan sahibi olan klublara 80 manat cərimə kəsilib.

“Turan Tovuz”la görüşdə isə topdaşıyan və xərəkdaşıyan şəxslər vaxtında təmin olunmadığı üçün “Zaqatala” eyni məbləğdə cərimə ödəməli olacaq.