Braziliyada futzal üzrə "San-Karlos" və "Taubate" komandları arasında keçirilən matç zamanı hakim ölüb.

Open.az "Vesti.ru"ya istinadən xəbər verir ki, 44 yaşlı hakim İsildo Fabiano Byanki da Silva oyun zamanı özünü pis hiss edib və qəflətən yıxılıb.

Matç dayandırılıb və hakim xərəklı sahədən çıxardılıb. Həkimlər infarkt keçirən hakimin həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, İsildo Fabiano Byanki da Silva övsümün başlanğıcında tibbi komissiyanı müvəffəqiyyətlə keçib.

Gülnar Qafarlı