Formula 1 üzrə üçqat dünya çempionu Nelson Pike koronavirusa yoluxub.

Open.az xəbər verir ki, 68 yaşlı sabiq pilot 2013-cü ildə ürək əməliyyatı keçirdiyi üçün risk qrupuna daxil edilib. Braziliyalı sürücüdə infeksiyanın yüngül simptomları müşahidə olunub.

N.Pike 1981-ci, 1983-cü və 1987-ci illərdə Formula 1 üzrə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, dünya çempionatının 2020-ci il mövsümündə pilotlardan Serxio Peres, Lens Stroll və Luis Hamiltonda infeksiya aşkarlanıb. Mövsüm başa çatdıqdan sonra isə Lando Norris və Şarl Lekler də koronavirusa yoluxublar.