"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Abu-Dabi Qran Prisinin qalibi olub.

Open.az-ın məlumatına görə, yarışı ikinci yerdə "Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas, üçüncü yerdə isə onun komanda yoldaşı britaniyalı Lyuis Hemilton başa vurub.

"Formula-1" üzrə Abu-Dabi Qran Prisi cari mövsümün sonuncu mərhələsi idi. Xatırladaq ki, Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin etmişdi.