"Formula 1" komandalarından olan "Mercedes" koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün London Universiteti Akademiyası (UCL) ilə birgə tənəffüs aparatı istehsal edib.

Open.az xəbər verir ki, bu barədə komandanın yaydığı açıqlamada bildirilir.

Qeyd edilir ki, ventilyatora gərək olmadan beynə oksigen göndərən cihazlar İngiltərənin müxtəlif bölgələrindəki xəstəxanalara göndəriləcək. İlk cihazın 100 saatdan az vaxta ərsəyə gətirildiyi vurğulanıb.

İndiyədək Böyük Britaniyada koronavirusa 22 141 yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 1408 nəfərdir.