"Formula - 1"in üçqat çempionu, Avstriyalı yarışçı Niki Lauda 71 yaşında vəfat edib.

Open.az xəbər verir ki, bu haqda "Guardian" pilotun qohumlarına istinadən məlumat yayıb.

Lauda ağciyər transplantasından səkkiz ay sonra dünyasını dəyişib.

Qeyd edək ki, Niki Lauda 1975, 1977 və 1984-cü ildə çempion olub. Ümumilikdə, kariyerasında 171 yarışda iştirak edib və onlardan 25-ni qazanıb. Daha sonra öz aviaşirkətini yaradıb və "Formula - 1" rəhbərliyində yüksək vəzifələr tutub.

Gülnar Qafarlı