"Formula 1" Beynəlxalq Avtomobil Federasiyası ilə birgə həftə ərzində sürücülərin və komanda nümayəndələrinin ənənəvi COVID-19 testlərinin hesabatını dərc edib.

Open.az-ın məlumatına görə, sentyabrın 25-dən oktyabrın 1-dək olan dövrdə 1822 nəfərin yoxlamadan keçdiyi açıqlanıb.

Onlardan 10 nəfərin testinin müsbət nəticə verdiyi üzə çıxıb. Pilotlar arasında heç bir yoluxma halının olmadığı, hamının komanda nümayəndələri olduğu bildirilib.

Qeyd edək ki, mövsüm ərzində yalnız "Racing Point"dən Serxio Peresdə koronavirus aşkarlanıb. Lakin ispaniyalı pilot özünütəcriddən sonra trasa dönüb.