"Formula-1" iştirakçıları və işçiləri növbəti dəfə yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.

Open.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, testlərin nəticələrinə əsasən daha 8 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.

Bildirilir ki, koronavirus testləri noyabrın 6-dan 12-dək keçirilib. Testlərdən 2 543 nəfər keçib.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi noyabrın 13-dən noyabrın 15-dək Türkiyədə keçiriləcək.