Beynəlxalq Avtomobil Federasiyası 2019-cu il “Formula 1” üzrə dünya çempionatı üçün sifariş vərəqini təsdiqləyib.

Open.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla da yarışda iştirak edəcək komanda və pilotların yekun siyahısı bəlli olub.

İştirakçı komandalardan ikisi dəyişib. “Force India” “Racing Point”ə çevrilib. “Sauber” isə bundan sonra “Alfa Romeo Racing” adlanacaq. Hər iki kollektiv yeni bolidlərini müvafiq olaraq 13 və 18 fevralda nümayiş etdirəcəklər.

2019-cu il mövsümünün sifariş vərəqi

PilotKomandaBolid
44Lüis HemiltonMercedes AMG Petronas MotorsportMercedes
77Valtteri BottasMercedes AMG Petronas MotorsportMercedes
5Sebastyan FettelScuderia Ferrari Mission WinnowFerrari
16Şarl LeklerScuderia Ferrari Mission WinnowFerrari
33Maks FerstappenAston Martin Red Bull RacingRed Bull Racing-Honda
10Pyer QasliAston Martin Red Bull RacingRed Bull Racing-Honda
3Daniel RikkardoRenault F1 TeamRenault
27Niko HülkenberqRenault F1 TeamRenault
8Romen QrojanRich Energy Haas F1 TeamHaas-Ferrari
20Kevin MaqnussenRich Energy Haas F1 TeamHaas-Ferrari
55Karlos SaynsMcLaren F1 TeamMcLaren-Renault
4Landro NorrisMcLaren F1 TeamMcLaren-Renault
11Serxio PeresRacing Point F1 TeamRacing Point-Mercedes
18Lens StrollRacing Point F1 TeamRacing Point-Mercedes
7Kimi RaykkonenAlfa Romeo RacingAlfa Romeo Racing-Ferrari
99Antonio CovinatsiAlfa Romeo RacingAlfa Romeo Racing-Ferrari
26Daniil KvyatRed Bull Toro Rosso HondaScuderia Toro Rosso-Honda
23Aleksandr AlbonRed Bull Toro Rosso HondaScuderia Toro Rosso-Honda
63Corc RasselWilliams RacingWilliams-Mercedes
88Robert KubitsaWilliams RacingWilliams-Mercedes

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26 - 28 apreli əhatə edəcək.

Fevralın 5-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.