Formula 1 şirkətlər qrupu 2020-ci ilin ikinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.

Open.az xəbər verir ki, 2019-cu ilin ikinci rübü ilə müqayisədə F1-in gəliri 620 milyon dollardan 24 milyon dollara enib.

Koronavirus pandemiyası səbəbindən Formula 1 apreldən iyun ayınadək bütün yarışları ləğv edib. Halbuki, ötən il həmin ərəfədə 7 yarış keçirilib. Cari mövsümə yalnız iyulda start verilib.

Nəticədə Formula 1 yalnız, sponsorluq müqavilələrindən gəlir əldə edib.